SAHİL RİFİ, HAŞİYƏ RİFİ

bilavasitə materikə və ya adaya qovuşan mərcan törəməsi. S.r. daha sürətlə artması onun xarici kənarında baş verir, daxili /sahilyanı/ zonası isə, bəzən qırıntı materiallarla örtülmüş ölü mərcan əhəngdaşı xarakterini alır. береговой риф fringing reef, encircling reef
SAHİL PROSESLƏRİNİN ZONALLIĞI
SAHİL SAYI /BAR/
OBASTAN VİKİ
Amazon rifi
Amazon rifi — Fransa Qvianası və Şimali Braziliyanın sahilində yerləşən geniş mərcan və süngər rifi sistemi. O, dünyadakı ən böyük rif sistemlərindən biridir, sahəsi 9300 kvadrat kilometr və uzunluğu 970 kilometrdir. İllər əvvəl Amazon çayı deltası yaxınlığında böyük geoloji rif quruluşunun olmasıyla bağlı dəlillər ortaya çıxmış, 2012-ci ildə okeanoqrafik tədqiqat aparılmış, 2016-cı ilin aprelində Amazon rifinin kəşf edildiyi elan edilmişdir. == Coğrafiya və ekologiyası == Rif sistemi mərcan və süngər rifi olaraq müəyyən edilib. Alimlər rifin əhatə etdiyi sahəni 9300 kvadrat kilometr və uzunluğunu 970 kilometrdən çox olaraq qiymətləndirirlər. Bu da onu dünyadakı ən böyük rif sistemlərindən biri edir. Sahə baxımından Kipr adasıyla müqayisə edilə bilər. Rifin sahəsi dənizdə 120 kilometrə qədər uzanır və suda dərinliyi 30-120 metr aralığındadır. Bu rifin mövcud olması qeyri-adidir. Səbəb odur ki, rif sistemləri aşağı duzluluq və yüksək turşuluğa görə Amazon kimi böyük çayların mənsəbinə yaxın yerləşmir.
Conston rifi
Conston rifi – ABŞ-nin Sakit okeanda yerləşən adası.
Eskimos rifi
Eskimos rifi — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın cənubşərqində, Salm adasından 4 km cənub-qərbdə, Vilşek adasından isə 4.5 km şərqdə yerləşir. Ən iri rif 400 m uzunluğa malik ola da digərləri 100 metrdir. Rifdə hündürlük yoxdur.
Helen rifi
Helen (ing. Helen Reef) — Palaunun tərkibinə daxil olan ada. həm də Mikroneziyaya daxildir. Tobi adasından 70 km qərbdə yerləşir. Xatoxobey ştatı tərkibinə daxildir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Houm rifi
Houm rifi (ing. Home Reef) — Tonqa Krallığının ərazisinə daxil olan ada və həmcinin sualtı vulkan. Vulkan özü okean səviyyəsindən 5–10 metr dərinlikdə yerləşir. Burada sonuncu püskürmə 2006-cı ildə baş vermişdir. Atolun sahəsi 103 km² təşkil edir. İqlimi tropikdir.
Kinqmen rifi
Kinqmen rifi- Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən qeyri-məskun adası.
Lesqaft rifi
Lesqaft rifi — Frans-İosif Torpağına daxil olan 7 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Adalar arxipelaqın şimalında, Payer adasından 2 km şimal-qərbdə yerləşir. == Xüsusiyyətləri == Arxipelaqa daxil olan müvafiq olaraq üç rif 1,3 km, 1 km və 750 metr uzunbıuğa sahibdir. Digər dördünün isə uzunluğu 100 metri keçmir. Onlar buzdan azaddır. Adaların ayrılıqda adı yoxdur. Adalar rus pedaqoq, anatom və həkim Pyotr Lestqafın şərəfinə adlandırılmışdır.
Miduey rifi
Miduey rifi – Amerika Birləşmiş Ştatlarının Sakit okeanda yerləşən adası.
Milovzorov rifi
Milovzorov rifi — Frans-İosif Torpağı arxipelaqına daxil olan 5 rifdən ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Rif 1953-cü ildə qütb gəmisinin kapitanı Pavel Milovzorovun şərəfinə adlandırılmışdır. Adalar arxipelaqın şimalında, Payer adasının şimal-şərqində yerləşən Ostrıy Nos burnu rayonunda yerləşir. Arxipelqın qərbi ilə şərqi arasında məsafə 2,5 km-dir. Mərkəzdə yerləşən ən iri rifin uzunluğu 1 km-dir. Rifdə hündürlük yoxdur.
Mərcan rifi
Mərcan rifi-— kolonial mərcan poliplərinin həyat fəaliyyəti nəticəsində və əhəngli yosunların, foraminiferlərin iştirakı ilə okean və dənizlərdə yaranmış qurğular. Mərcan rifləri isti suların- ekvatorial və tropik enliklərin, demək olar ki, bütün ada və materik sahillərini haşiyələyir. Riflərdə qazıntı halında karbonatlı süxurlara da rast gəlinir. Mərcan riflərinin dominant orqanizmləri kalsium karbonatdan yaranmış, xarici skeletdən ibarət daş mərcanlar və kolonik işçilərdir. Skelet materialları dalğaların hərəkəti və bio-eroziya ilə əlaqədar parçalanıb, yığılaraq mərcanlar, müxtəlif heyvan və bitkilərin yaşaması üçün kalsiumlu bir forma meydana gətirir. Mərcan qayalığı okeanların səthinin təxminən bir hissəsini əhatə edir. Xüsusilə Sakit okeanda tropik sularda dayaz dərinliklərdə yerləşir. Lakin dərin və soyuq su mərcanları da kiçik miqyasda yerləşmişdir. Mərcan rifləri dünyanın ən zəngin və ən müxtəlif ekosistemlərindəndir. Mərcan rifi xüsusiyyətlərinə görə üç tipə bölünür: Sahil rifləri bilavasitə materikin və ya adanın çəkilmə zolağından başlanaraq, onu terras şəklində haşiyələyir.
Palmira rifi
Palmira rifi- ABŞ-nin Sakit okeanda yerləşən adası.
Sədd rifi
Sədd rifi — mərcan rifinin bir növüdür. Asma riflərdən sahilin tektonik enməsi zamanı formalaşır. Sahildən laqunla ayrılır. Hansı ki bu laqunlarda dərinlik bir neçə metrdən birneçə yüz metrə qədər ola bilər Sədd riflərinə misal kimi Avstraliyanın şimal-şərq (Böyük Sədd rifi), Yeni Kaledoniya, Fici və Böyük Antil adalarının sahilləridəki rifləri misal çəkmək olar.
Ueyk rifi
Ueyk rifi- ABŞ-nin Sakit okeanda yerləşən adası.
Böyük Maneə rifi
Böyük Sədd rifi — Avstraliya sahillərində 2600 km boyunca, 2900 rif sistemindən, 344,4 km² sahəyə malik Mərcan dənizində mərcan rif və adalar silsiləsi. Avstraliyanın Kvinslend vilayətinin sahilləri boyunca yerləşir və gəmiçiliyə mane olur. Bu möhtəşəm Rif sistemi Mərcan dənizində yaşayan polip adlanan mikroorqanizmlər sayəsində yaranmışdır. Bu rif sistemi canlı çeşidliliyinə görə fərqlənir, buna görə Dünya Mirasları arasına alınmışdır. Kəşf edilmə tarix 11 iyun 1770-ci ildə Ceyms Kuk tərəfindən "Endeovour" adlı gəmilər Böyük Sədd Rifinə lövbər atmasıyla Coğrafiya kəşf tarixinə keçmişdir. Bu kəşf o qədər də asan olmadı, belə ki, onun bu kəşfdən sonra gəmisi zədələnmişdir. Gəmisini isə Avstraliyanın Kvinslend əyaləti sahillərinə yetiştirməyi bacarmış və səyahətinə davam etmişdir. == "Kəşf" və adlandırma == Böyük Bariyer rifi uzun müddətdir ki, aborigen Avstraliya və Torres Boğazı Adalı xalqları tərəfindən tanınır və istifadə olunur və yerli qrupların mədəniyyətlərinin və mənəviyyatının mühüm hissəsidir. Böyük Səd rifini ilk görən avropalı 1770-ci ildə Avstraliyanın şərq sahillərini üzərək xəritəni çəkən Ceyms Kuk olmuşdur. 11 iyun 1770-ci ildə Kukun gəmisi HMS Endeavour, Kuktaun şəhərinin indiki yerləşdiyi yerin cənubundakı sahildə quruya oturdu və təmir üçün yeddi həftə tələb olundu.
Böyük Sədd rifi

Haşiyə
Haşiyə (yelən, şam, ələm) — bəzəkli çərçivə, mətn ətrafında bəzəkli naxışlar. Haşiyə adlanan enli və ensiz zolaqlar Azərbaycanın şimal-şərqində "şam", "ələm", Qarabağda "yelən", Cənubi Azərbaycanda isə "haşiyə" adlanır.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Sahil (ad)
Sahil — şəxs adı və təxəllüs. Sahil Qasımov — Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Məmmədov Sahil Məmmədov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Sahil Məmmədov (Rasim oğlu) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (gizir) — II Qarabağ müharibəsi şəhidi. Sahil Məmmədov (şəhid) — 2016-cı ildə şəhid olmuş əsgər.
Sahil (coğrafiya)
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Sahil (dəqiqləşdirmə)
Sahil — quru ilə kəsişmə xətti. Sahil qəsəbəsi — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Sahil (qəsəbə)
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Qəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.